Əli Əsğərf dpćids Polpoz Poutemenh66xp
| Əli əl-Əsğər ibn Hüseyn | |
|---|---|
| عبدالله بن حسین علی الأصغر | |
| Doğum tarixi | 679 |
| Doğum yeri | Mədinə, Ərəbistan |
| Vəfat tarixi | 680 (HQ 61-ci il Məhərrəm ayının 10-cu günü) |
| Vəfat yeri | Kərbəla, İraq |
| Vəfat səbəbi | şəhid olub |
| Atası | Hüseyn ibn Əli |
| Anası | Rübab binti İmra əl-Qeys |
| Peşəsi | Şəhid |
Əli əl-Əsğər (ərəb. عبدالله بن حسین علی الأصغر) — İmam Hüseynin kiçik oğlu. Kərbəla döyüşündə vəfat etmiş ən azyaşlı şəhid.
Həyatı[redaktə | əsas redaktə]
Əli əl-Əsğər ibn Hüseyn 679-ci ildə anadan olmuşdur[1].
Vəfatı[redaktə | əsas redaktə]
Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:
"Ey düşmən siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz. "
[2] Bu zaman Ömər Sədin tapşırığı ilə Hərmələ üçşöbəli ox ilə Əli Əsğəri boğazından vurur. Əli Əsğər İmam Hüseynin qollarında can verir. İmam Hüseyn onu Kərbəlada cəsədlərin arasında dəfn edir. Əli Əsğər şəhid olarkən göydən belə bir nida gəlir:
"Onu Allaha tapşır, çünki behiştə ona süd veriləcəkdir"
[3]
Mənbə[redaktə | əsas redaktə]
- ↑ "Cəlaul Uyun" Əllamə Məclisi
- ↑ http://www.aliasghar.org/module-pagesetter-viewpub-tid-19-pid-1.html
- ↑ Əsğər haqqında